Bakı. 5 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev Məsim Hacıyevin Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Məsim Abdulla oğlu Hacıyev Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.