Azərbaycanın Gürcüstandakı səfirliyində qanvermə aksiyası keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyində qanvermə aksiyası keçirilib Tbilisi. 26 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın Gürcüstandakı səfirliyində qanvermə aksiyası keçirilib. Səfirliyin binasında Xocalı faciəsini əks etdirən fotosərgi açılıb.
Xarici siyasət
26 Fevral , 2018 10:19
Azərbaycanın Gürcüstandakı səfirliyində qanvermə aksiyası keçirilib

Tbilisi. 26 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın Gürcüstandakı səfirliyində qanvermə aksiyası keçirilib. Səfirliyin binasında Xocalı faciəsini əks etdirən fotosərgi açılıb.

"Report"un Gurcüstan bürosu xəbər verir ki, aksiya Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlıdır.

Səhər saatlarından başlayaraq səfirliyin əməkdaşları, jurnalistlər, Tbilisidə yaşayan azərbaycanlılar, ictimaiyyət nümayəndələri könüllü olaraq səfirliyə gələrək qan veriblər. Aksiyada toplanan qan Gürcüstanın qan bankına verilib.

"Logman" Tibb Mərkəzinin həkimlər briqadası əvvəlcə insanları müayinə ediblər. Onlara məsləhətlər verib, qayğı göstəriblər.

Son xəbərlər

Orphus sistemi