Azərbaycanın Gürcüstandakı səfiri Kvemo-Kartli regionuna səfər edib

Azərbaycanın Gürcüstandakı səfiri Kvemo-Kartli regionuna səfər edib Dursun Həsənov Kvemo-Kartli vilayətinin qubernatoru ilə görüşüb
Xarici siyasət
23 Avqust , 2017 17:39
Azərbaycanın Gürcüstandakı səfiri Kvemo-Kartli regionuna səfər edib
пресс-служба губернатора Квемо-Картли

Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Kvemo-Kartli regionuna səfər edib.

"Report"un Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində D.Həsənov Kvemo-Kartli vilayətinin qubernatoru Qriqol Nemsadze ilə görüşüb.

Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığı, onun inkişaf perspektivlərini və birgə planları, Gürcüstandakı yerli azərbaycanlıların vəziyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi