Azərbaycanın göndərdiyi humanitar yardım Albaniyaya təqdim olunub

Azərbaycanın göndərdiyi humanitar yardım Albaniyaya təqdim olunub Azərbaycanın Albaniyaya göndərdiyi humanitar yardım rəsmi olaraq təqdim olunub.
Xarici siyasət
13 Dekabr , 2019 12:17
Azərbaycanın göndərdiyi humanitar yardım Albaniyaya təqdim olunub

Azərbaycanın Albaniyaya göndərdiyi humanitar yardım rəsmi olaraq təqdim olunub.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.  

Bildirilib ki, Albaniyada noyabrın 26-da baş verən 6,4 bal gücündə zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan hökuməti tərəfindən 500 000 avro dəyərində yardım göstərilib. 

Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov ilə Albaniyanın Yunanıstandakı səfiri Aridana Hobdari arasında keçirilən görüş zamanı yardımla bağlı simvolik çek qarşı tərəfə təqdim edilib. 

Səfir Aridana Hobdari yardımına görə ölkəsi adından Azərbaycana təşəkkürünü bildirib və iki dövlət arasında mövcud dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib. 

Son xəbərlər

Orphus sistemi