Azərbaycanın Fransadakı səfirliyində "qaynar xətt" yaradıldı

Azərbaycanın Fransadakı səfirliyində "qaynar xətt" yaradıldı Fransada olan Azərbaycan vətəndaşları üçün qaynar xətt yaradılıb.
Xarici siyasət
17 Mart , 2020 13:19
Azərbaycanın Fransadakı səfirliyində qaynar xətt yaradıldı
istock

Fransada olan Azərbaycan vətəndaşları üçün "qaynar xətt" yaradılıb.

“Report”un yerli bürosu xəbər verir ki, hazırda Fransada olan və vətənə qayıtmaq istəyən vətəndaşlarımızdan mövcud vəziyyətdən irəli gələn məsələlərin, habelə qarşılaşdıqları problemlərin təxirəsalınmaz və operativ həllinə kömək etmək məqsədilə səfirliyin konsulluq bölməsinin +33 6 05 90 35 87 nömrəli "qaynar xətt"i ilə əlaqə saxlayacaqlar.

Xatırladaq ki, martın 15-də Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə olan Azərbaycan vətəndaşlarına müraciət ünvanlamışdı. Müraciətdə koronavirusun (COVİD-19) dünyanın müxtəlif regionlarında, xüsusən Avropada sürətlə yayıldığı və bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiyanın pandemiya mərhələsinə keçdiyini elan etməsi qeyd olunur. Bu ölkədəki soydaşlarımızdan COVİD-19 virusundan effektiv qorunmaq və yoluxma riskini minimuma endirmək üçün ÜST, eləcə də Azərbaycan və Fransa dövlət orqanları tərəfindən yayılan maarifləndirici məlumatların diqqətlə izlənilməsi, verilən tövsiyələrə əməl olunması xahiş edilir.

Qeyd edək ki, bu gündən etibarən Avropa İttifaqına və Şengen zonasına giriş-çıxış 30 gün müddətinə dayandırılacaq.

Fransada isə koronavirusa yoluxanların sayı artmaqda davam edir. Ölkədə virusa yoluxanların ümumi sayı 6 633 nəfərə, ölənlərin sayı isə 148-ə çatıb.

Son xəbərlər

Orphus sistemi