Azərbaycanın Ermənistandan təzminat tələbi üçün beynəlxalq təsisatlar və hüquqşünas qrupları cəlb olunub

Azərbaycanın Ermənistandan təzminat tələbi üçün beynəlxalq təsisatlar və hüquqşünas qrupları cəlb olunub "Həmçinin dünyanın erməni barbarlığı haqqında öyrənməyi vacibdir. Bu cəzalandırılmalıdır. Biz müharibə zamanı onları elə cəzalandırdıq ki, onlar bunu heç vaxt unutmayacaqlar, lakin təcavüzkar beynəlxalq səviyyədə də cəzalandırılmalıdır".
Xarici siyasət
5 Mart , 2022 13:14
Azərbaycanın Ermənistandan təzminat tələbi üçün beynəlxalq təsisatlar və hüquqşünas qrupları cəlb olunub

"Dünyanın erməni barbarlığı haqqında öyrənməyi vacibdir. Bu cəzalandırılmalıdır. Biz müharibə zamanı onları elə cəzalandırdıq ki, onlar bunu heç vaxt unutmayacaqlar, lakin təcavüzkar beynəlxalq səviyyədə də cəzalandırılmalıdır".

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev martın 5-də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən deyib.

"Əlbəttə ki, təzminat məsələsi var. Biz təzminat tələb edirik. Bu məsələni beynəlxalq arenada qaldırmaqda bizə kömək etmək üçün artıq beynəlxalq təsisatları, hüquqşünas qrupları cəlb etmişik. Beləliklə, planlar bundan ibarətdir. Düşünürəm ki, gələn ilin proqramı üçün biz əməkdaşlığımızı yaranmış bu mühüm reallığa uyğunlaşdırmalıyıq", - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi