Yuxarı

Azərbaycanın ən uca zirvəsində BƏƏ-nin bayrağı qaldırılıb

BƏƏ-nin müvəqqəti işlər vəkili bundan əvvəl də Azərbaycanın uca zirvələrinə qalxıb

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanın ən uca zirvəsi olan Bazardüzü dağında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bayrağı qaldırılıb.

Bu barədə "Report"a BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata əsasən, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı müvəqqəti işlər vəkili Abdulla Casim əl-Şəmsi Bazardüzü zirvəsinə qalxaraq, orada BƏƏ və Azərbaycan bayraqlarını yüksəldib.

Əl-Şəmsi bundan əvvəl də Azərbaycanın uca zirvələrinə qalxaraq, orada iki dövlətin bayraqlarını qaldırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi