Yuxarı
    Bağlamaq

    Azərbaycanın Efiopiyadakı səfiri Əddis-Əbəbə şəhərinin meri ilə görüşüb

    Görüş zamanı iki ölkə arasında əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub

    Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Efiopiya Federativ Demokrtaik Respublikasındakı səfiri Elman Abdullayev Əddis-Əbəbə şəhərinin meri Deriba Kuma ilə görüşüb .

    Görüş zamanı səfir E.Abdullayev ölkəmizin paytaxtı Bakı şəhərinin dünyanın ən gözəl şəhələrindən biri olduğunu, bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini və xarici turistlərin sevimli məkanlarından birinə çevrildiyini vurğulayıb. Bakı şəhərində bir çox abadlıq işlərinin aparıldığını qeyd edən səfir E.Abdullayev memarlıq və yaşıllaşdırma sahələrində, o cümlədən nəqliyyat sistemində Bakının ən son və beynəlxalq standarlara uyğun texnologiyalardan istifadə olunduğunu merin diqqətinə çatdırıb. Səfir E.Abdullayev Azərbaycanın zəngin təcrübəsinin dünyanın bir çox ölkələri, o cümlədən Efiopiya ilə bölüşməyə hazır olduğunu bildirib.

    Əddis-Əbəbə şəhərinin meri Deriba Kurma Azərbaycanın sürətlə inkişaf etdiyini yüksək qiymətləndirərək, ölkəmizin, xüsusilə Bakının təcrübəsinin öyrənilməsində maraqlı olduğunu vurğulayıb.

    Görüş zamanı iki ölkə arasında əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi