Azərbaycanın dövlət başçısı Andjey Dudanı Polşa prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycanın dövlət başçısı Andjey Dudanı Polşa prezidenti seçilməsi münasibətilə təbrik edib “Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”
Xarici siyasət
26 May , 2015 14:45
Azərbaycanın dövlət başçısı Andjey Dudanı Polşa prezidenti seçilməsi münasibətilə təbrik edib

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Polşanın yeni seçilmiş Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Polşa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Azərbaycan ilə Polşa arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

Son xəbərlər

Orphus sistemi