Azərbaycanın Çindəki səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında Sazişə Əlavə Protokol təsdiqlənib
Azərbaycanın Çindəki səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında Sazişə Əlavə Protokol təsdiqlənibBununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb
Bakı. 10 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Çindəki Səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında Sazişə Əlavə Protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Çindəki Səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında Sazişə 2015-ci il fevralın 16-da Pekin şəhərində imzalanmış Əlavə Protokol təsdiq edilib.
Xarici İşlər Nazirliyinə bu sərəncamda göstərilən Əlavə Protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Əlavə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.