Azərbaycanın Çexiyadakı səfiri 20 Yanvar faciəsi ilə əlaqədar jurnalistlərlə görüşüb

Azərbaycanın Çexiyadakı səfiri 20 Yanvar faciəsi ilə əlaqədar jurnalistlərlə görüşüb Media nümayəndələrinə 20 Yanvar barədə ətraflı məlumat verilib
Xarici siyasət
18 Yanvar , 2016 19:34
Azərbaycanın Çexiyadakı səfiri 20 Yanvar faciəsi ilə əlaqədar jurnalistlərlə görüşüb

Bakı. 18 yanvar. REPORT.AZ/ Praqada 20 Yanvar faciəsinin 26 illiyi ilə əlaqədar tədbir keçirilib.

Azərbaycanın Çexiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, bununla əlaqədar səfir Fərid Şəfiyev Praqada yerli jurnalistlər üçün "dəyirmi masa" təşkil edilib.

Səfir 1990-cı ilin 20 Yanvar faciəsi haqqında jurnalistlərə ətraflı məlumat verib. Diplomat sovet qoşunlarının Bakıya müdaxiləsi və dinc əhaliyə qarşı törətdiyi qətliam və bu qanlı faciənin baş verməsindən öncə və sonrakı hadisələrin tarixi haqqında söhbət açıb.

F.Şəfiyev sözügedən faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini qeyd edib və xalqımızın öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb olduğunu bildirib.

F.Şəfiyev 20 Yanvar faciəsi ilə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik məsələləri haqqında danışıb. Daha sonra Azərbaycan səfiri çexiyalı jurnalistlərin suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi