Azərbaycanın Braziliyadakı səfiri yerli radioya müsahibə verib

Azərbaycanın Braziliyadakı səfiri yerli radioya müsahibə verib Elxan Poluxov Dağlıq Qarabağ probleminə də toxunub
Xarici siyasət
29 May , 2017 23:43
Azərbaycanın Braziliyadakı səfiri yerli radioya müsahibə verib

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Braziliya Senatını radiosu olan “Radio Senado”-da “Parlamentos do Mundo” proqramında Azərbaycana həsr edilmiş verilişə müsahibə verib.

Səfirlikdən "Report"a verilən məlumata görə, müsahibə zamanı Elxan Poluxov Azərbaycanın tarixi, mədəniyyəti, regional layihələri, Azərbaycan Respublikasının Parlamenti və ölkənin qanunverilcilik sistemi, son illər ərzində əldə edilmiş uğurlar və xüsusi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı danışıb.

“Radio Senado”un tabeliyində 10 və əməkdaşlıq etdiyi 7 radio stansiya mövcuddur və bütün Braziliyanı əhatə edən yayıma malikdir.

Veriliş haqqında ətraflı məlumatı bu linkdən əldə etmək mümkündür: http://www12.senado.leg.br/radio/1/conexao-senado/parlamentos-do-mundo-azerbaijao

Son xəbərlər

Orphus sistemi