Azərbaycanın Braziliyadakı səfiri bu ölkənin idman naziri ilə görüşüb

Azərbaycanın Braziliyadakı səfiri bu ölkənin idman naziri ilə görüşüb Azərbaycanın Braziliya üçün vacib tərəfdaş olduğu qeyd olunub
Xarici siyasət
15 Yanvar , 2015 03:13
Azərbaycanın Braziliyadakı səfiri bu ölkənin idman naziri ilə görüşüb

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov bu ölkənin yeni təyin olunmuş idman naziri Corc Hilton ilə görüşüb.

Səfirlikdən verilən məlumata görə, E.Sultanov ölkələrimiz arasında idman sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirib. O, hər iki ölkənin nazirlərinin qarşılıqlı səfərlərinin, imzalanmış sənədlərin əhəmiyyətini vurğulayıb, Azərbaycan tərəfinin idman sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanın idmanın inkişafına önəm verdiyini bildirib, əldə edilmiş nailiyyətlər, ölkəmizdə keçiriləcək mötəbər beynəlxalq idman tədbirləri, o cümlədən birinci Avropa Oyunları barədə məlumat verib.

Nazir C.Hilton Azərbaycanın Braziliya üçün vacib tərəfdaş olduğunu deyib. O, ölkəsinin Azərbaycan ilə idman sahəsində əməkdaşlığın daha da inkişafında maraqlı olduğunu bildirib. C.Hilton bu ilin iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyətini vurğulayıb, bu tədbirin uğurla və yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Səfir E.Sultanov braziliyalı nazirə birinci Avropa Oyunlarına həsr olunan poçt markalarının ilk buraxılışını hədiyyə edib.

Səfirə isə tanınmış braziliyalı jurnalist Mario Filyonun Braziliya futboluna həsr edilmiş kitabı təqdim olunub.

Son xəbərlər

Orphus sistemi