Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov Karlovo şəhərinin meri Emil Kabaivanovla görüşüb.
Bu barədə "Report"a Azərbaycanın Bolqarıstandakı səfirliyindən bildiriblər.
Məlumata əsasən, görüşdə səfirlə mer ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər. Bundan başqa, Karlovo ilə Azərbaycanın hər hansı bir şəhəri arasında əməkdaşlığın yaradılması ətrafında müzakirələr aparılıb.