Azərbaycanın Bolqarıstandakı səfiri Burqas şəhərinə səfər edib

Azərbaycanın Bolqarıstandakı səfiri Burqas şəhərinə səfər edib Nərgiz Qurbanova şəhər meri Dimitror Nikiolov ilə görüşüb
Xarici siyasət
29 Noyabr , 2017 03:59
Azərbaycanın Bolqarıstandakı səfiri Burqas şəhərinə səfər edib

Sofiya. 29 noyabr. REPORT.AZ/ "Bakı ilə Sofiya arasında birbaşa aviareysin açılması Azərbaycan və Bolqarıstanın Qara dəniz regionu arasında iqtisadi əlaqələrin inkişafına səbəb olacaq".

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Burqasa səfəri çərçivəsində şəhər meri Dimitror Nikiolov ilə keçirilən görüşdə bildirib.

Vurğulanıb ki, növbəti ilin yanvarında istifadəyə veriləcək aviareys iki ölkənin turizm sahəsindəki əlaqələrə daha da təkan verəcək. Bununla yanaşı Azərbaycan və Bolqarıstan arasında turizm imkanlarının daha yaxında öyrənilməsi məqsədilə təşkil olunacaq turizm forumunda Burqası təmsil edən turizm şirkətlərinin iştirakının vacibliyi qeyd edilib. Görüşdə həmçinin Asiya ilə Avropa qitələrini birləşdirən nəqliyyat dəhlizlərinin əhəmiyyəti, eləcə də 2018-ci ildə mədəniyyət sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi