​Azərbaycanın Bolqarıstan, Özbəkistan və Türkiyə ilə imzaladığı sənədlər təsdiqlənib

​Azərbaycanın Bolqarıstan, Özbəkistan və Türkiyə ilə imzaladığı sənədlər təsdiqlənib Prezident İlham Əliyev qanunları imzalayıb
Xarici siyasət
12 Oktyabr , 2015 19:47
​Azərbaycanın Bolqarıstan, Özbəkistan və Türkiyə ilə imzaladığı sənədlər təsdiqlənib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə qanunu imzalayıb.

"Report"un məlumatına görə, sənədlə “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” 2015-ci il martın 4-də Sofiya şəhərində imzalanmış Birgə Bəyannamə təsdiq edilib.

Dövlət başçısı həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu da imzalayıb.

Sənədlə “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” 2015-ci il mayın 19-da Daşkənd şəhərində imzalanmış Saziş təsdiq edilib.

Eyni zamanda, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrinin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanunu da imzalayıb.

Sənədlə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrinin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” 2015-ci il martın 21-də Bakı şəhərində və 2015-ci il aprelin 15-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi