Azərbaycanın Birinci-vitse prezidenti UNESCO-nun baş direktoru ilə görüşüb

Azərbaycanın Birinci-vitse prezidenti UNESCO-nun baş direktoru ilə görüşüb Söhbət zamanı UNESCO ilə Azərbaycan arasında sıx əməkdaşlığın qurulduğu, uğurlu birgə layihələrin reallaşdırıldığı vurğulanıb
Xarici siyasət
1264
5 May , 2017 13:51
Azərbaycanın Birinci-vitse prezidenti UNESCO-nun baş direktoru ilə görüşüb
Azertag.az

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Birinci-vitse prezidenti xanım Mehriban Əliyeva Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Mehriban Əliyeva İrina Bokovanın Forumda iştirakından məmnunluğunu bildirib, bu beynəlxalq tədbirdə müzakirə edilən məsələlərin aktuallığını qeyd edib.

Söhbət zamanı UNESCO ilə Azərbaycan arasında sıx əməkdaşlığın qurulduğu, uğurlu birgə layihələrin reallaşdırıldığı vurğulanıb, ölkəmizin təşkilatla əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi