Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası ilə görüşüb - ƏLAVƏ OLUNUB

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası ilə görüşüb - ƏLAVƏ OLUNUB Bakı. 26 sentyabr. REPORT.AZ/ İtaliyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 26-da Roma Papası Fransisk ilə görüşüb.
Xarici siyasət
481
26 Sentyabr , 2018 15:16
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası ilə görüşüb - ƏLAVƏ OLUNUB

Bakı. 26 sentyabr. REPORT.AZ/ İtaliyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 26-da Roma Papası Fransisk ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığımızın mədəni irsin qorunması sahəsində daha da genişləndiyi vurğulanıb. Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyi qeyd edilib.

Söhbət zamanı Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, Fondun xristian abidələrinin qorunması, bərpası istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Roma Papasına çatdırıb.

Papa Fransisk Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını dövlət başçısına çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi