Azərbaycanın bir neçə ölkədəki səfir və baş konsulu geri çağırılıb - SİYAHI

Azərbaycanın bir neçə ölkədəki səfir və baş konsulu geri çağırılıb - SİYAHI Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb
Xarici siyasət
497
29 Yanvar , 2018 18:15
Azərbaycanın bir neçə ölkədəki səfir və baş konsulu geri çağırılıb - SİYAHI

Bakı. 29 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Rəşad Fail oğlu İsmayılovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, dövlət başçısının digər sərəncamları ilə Pərviz Cəfər oğlu İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu, Sabir Məmməd oğlu Ağabəyov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri, Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi, Tofiq Əlövsət oğlu Abdullayev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri, İbrahim Əsəd oğlu Hacıyev Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda Şri Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepal Federal Demokratik Respublikasında, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. 

Son xəbərlər

Orphus sistemi