Rusiyada Azərbaycanın baş sponsurluğu ilə beynəlxalq sərgi keçirilir

Rusiyada Azərbaycanın baş sponsurluğu ilə beynəlxalq sərgi keçirilir Moskva. 11 fevral. REPORT.AZ/ Rusiyanın paytaxt Moskva şəhərindəki “Eksposentr” Mərkəzi Sərgi Kompleksində “Prodekspo-2019” sərgisi açılıb.
Xarici siyasət
19159
11 Fevral , 2019 14:31
Rusiyada Azərbaycanın baş sponsurluğu ilə beynəlxalq sərgi keçirilir

Moskva. 11 fevral. REPORT.AZ/ Rusiyanın paytaxt Moskva şəhərindəki “Eksposentr” Mərkəzi Sərgi Kompleksində “Prodekspo-2019” sərgisi açılıb.

“Report”un Rusiya bürosunun məlumatına görə, 26-cı Beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün istifadə edilən xammal sərgisinin baş sponsoru Azərbaycandır.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərginin açılış mərasimində çıxış edərək bildirib ki, ölkəmizin 31 şirkəti sərgidə iştirak edir. Sərgi iştirakçı ölkələr üçün Rusiya bazarına çıxmaq, faydalı müqavilələr bağlamaq, ölkələrimiz arasında əmtəə mübadiləsini artırmaq və xalqlarımızın rifahını yüksəltmək üçün olduqca yaxşı fürsətdir. Səfir xatırladıb ki, bu günlər Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycana səfər edib: “Biz Azərbaycan ilə Rusiya arasında Samur çayı üzərindən körpünün tikintisində olduq. İnşaatçılar bu ilinin sonunadək dördzolaqlı körpünün inşasını başa çatdırmağı planlaşdırırlar. Körpü hazır olduqdan sonra hətta Hindistan, Əfqanıstan kimi uzaq ölkələrdən belə Şimal-Cənub dəmir yolu vasitəsi ilə yükləri 15-16 günə Rusyaya və burdan da digər ölkələrə daşımaq mümkün olacaqdır”, - P.Bülbüloğlu vurğulayıb.

Azərbaycanın 31 şirkətinin təmsil olunduğu ekspozisiyada təzə kənd təsərrüfatı məhsulları, konservlər, təbii mineral sular, müxtəlif alkoqollu və alkoqolsuz içkilər, çay, fındıq-qoz, quru meyvə, qənnadı məmulatı və sair təklif edilir.

Qeyd edək ki, RF Ticarət-Sənaye Palatasının himayəsi və RF Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Eksposentr” tərəfindən təşkil edilən “Prodekspo” postsovet məkanında ərzaq sənayesi məhsullarının ən genişmiqyaslı sərgi layihəsidir.

Ümumi sahəsi 100 min kvadratmetrdən çox olan “Prodekspo-2019” sərgisində dünyanın 65 ölkəsində qida məhsulları və müxtəlif içkilər istehsal edən 2300-dən çox şirkət iştirak edir.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi