​Azərbaycanın baş naziri Vyetnam prezidenti ilə görüşüb

​Azərbaycanın baş naziri Vyetnam prezidenti ilə görüşüb Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
14 May , 2015 19:40
​Azərbaycanın baş naziri Vyetnam prezidenti ilə görüşüb

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasi-zadə mayın 14-də ölkədə rəsmi səfərdə olan Vyetnam prezidenti Çıonq Tan Şanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, Artur Rasi-zadə Azərbaycan-Vyetnam münasibətlərinin yüksək səviyyədə olduğunu və bunun dərin tarixi köklərə əsaslandığını vurğulayıb. Baş nazir qeyd edib ki, Azərbaycan regional və dünya əhəmiyyətli iri enerji layihələri həyata keçirir. Bununla bərabər, Azərbaycan qeyri-neft sektorunun inkişafına da böyük diqqət yetirir.

Görüşdə Vyetnam prezidentinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verilib.

Vyetnam prezidenti Azərbaycanın son illərdə qazandığı iqtisadi uğurları yüksək qiymətləndirdiklərini söyləyib. Ali qonaq iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi