Azərbaycan Respublikasının Baş Naziri
"Report" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Baş Nazir Novruz Məmmədov Dünya Bankı ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib, son illər bu münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib.
Azərbaycan Prezidenti
Bu günə qədər Azərbaycan ilə Dünya Bankı arasında 50-yə yaxın layihənin reallaşdırıldığını qeyd edən Baş Nazir deyib: “Biz birgə çox önəmli layihələr üzərində işləmişik. Bu layihələrin uğurla reallaşmasında Dünya Bankının və onun regional direktorunun çox önəmli rolu olub. Əminəm ki, əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək”.
Söhbət zamanı Dünya Bankı ilə Azərbaycan arasında kənd təsərrüfatı, təhsil, səhiyyə sahələrində əməkdaşlığın perspektivlərinə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində infrastruktur layihələrinin icrasının dəstəklənməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.