Yuxarı
    Bağlamaq

    Azərbaycanın baş konsulu Amerika Yəhudi Komitəsinin fəalları qarşısında çıxış edib

    Nəsimi Ağayev Azərbaycan-İsrail arasında əlaqələrdən danışıb

    Bakı. 16 noyabr. REPORT.AZ/ Amerika Yəhudi Komitəsinin (AYK) Los-Anceles bölməsinin dəvətilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev noyabrın 13-də həmin Komitənin fəalları qarşısında çıxış edib.

    Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, baş konsul Azərbaycanın çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələrinə toxunaraq, Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Azərbaycanın tolerantlıq və sabitlik adasına çevrildiyini, müxtəlif xalqların və dinlərin ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını bildirib.

    Diplomat, Los-Ancelesin Sinay Sinaqoqunun 50-dək üzvünün bu yaxınlarda Azərbaycana etdikləri uğurlu səfərdən bəhs edərək, bu kimi səfərlərin ABŞ ilə Azərbaycan, xüsusilə hər iki ölkənin yəhudi icmaları arasında əlaqələrin gücləndirilməsi baxımından böyük önəm daşıdığını diqqətə çatdırıb.

    N.Ağayev, həmçinin Ermənistan-Azərbaycan münaqişə barəsində də tədbir iştirakçılarına məlumat verib.

    Azərbaycan-İsrail münasibətləri barədə danışan N.Ağayev, bu gün iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar, eləcə də enerji sahəsində sıx əməkdaşlığın olduğunu söyləyib.

    Sonda N.Ağayev qonaqların suallarını cavablandırıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi