Bakı. 10 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanın Avstraliya İttifaqında fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama əsasən bu vəzifəyə Aydan Atif qızı Rzayeva təyin olunub.
Xarici İşlər Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.