Azərbaycanın Avropa Təhlükəsizlik Xartiyasına qoşulmasından 16 il ötür

Azərbaycanın Avropa Təhlükəsizlik Xartiyasına qoşulmasından 16 il ötür Azərbaycan 1999-cu il noyabrın 18-də ATƏT-in Avropa Təhlükəsizlik Xartiyasına qoşulub
Xarici siyasət
18 Noyabr , 2015 15:55
Azərbaycanın Avropa Təhlükəsizlik Xartiyasına qoşulmasından 16 il ötür

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanın Avropa Təhlükəsizlik Xartiyasına qoşulmasından 16 il ötür. "Report" xatırladır ki, Azərbaycan 1999-cu il noyabrın 18-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Avropa Təhlükəsizlik Xartiyasına qoşulub.

Qeyd edək ki, Azərbaycan Respublikasının 1992-ci ildən üzv olduğu ATƏT Avropa qitəsinin bütün ölkələrini əhatə edən yeganə siyasi təşkilatdır. Azərbaycan Respublikası təşkilatın əsas sənədləri olan ATƏT-in Helsinki Yekun Aktına (1992), Paris Xartiyasına və Avropa Təhlükəsizlik Xartiyasına qoşulub (1999).

Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT çərçivəsində əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində xüsusi yer tutur. Azərbaycan ATƏT-lə həmçinin demokratikləşdirmə sahəsində də əməkdaşlıq edir. Buraya seçkilərin müşahidəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xəttilə həyata keçirilən layihələr və s. daxildir. 

Son xəbərlər

Orphus sistemi