Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi: ATƏT DTİHB öz mandatını ciddi şəkildə pozur

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi: ATƏT DTİHB öz mandatını ciddi şəkildə pozur "Bu mövqe ATƏT-in dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanan ruhuna ziddir"
Xarici siyasət
11 Sentyabr , 2015 22:54
Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi: ATƏT DTİHB öz mandatını ciddi şəkildə pozur

Bakı. 11 sentyabr. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) bu il noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidə missiyasını göndərməkdən imtina etməsi bu strukturun öz mandatını ciddi şəkildə pozması deməkdir. "Report" xəbər verir ki, Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin yaydığı bəyanatda belə deyilir.

Sənəddə təəssüflə qeyd edilir ki, ATƏT DTİHB qısa müddətli və uzun müddətli müşahidəçilərin sayına dair Azərbaycan tərəfinin hazırladığı təklifləri qəbul etməyib. "Əfsuslar olsun ki, ATƏT DTİHB Azərbaycan tərəfinin narahatlığını başa düşməyib və suallar doğuran məsələlərlə bağlı məsləhətləşmələrdə iştirak etməkdən imtina edib. Bu mövqe ATƏT-in dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanan ruhuna ziddir", - deyə sənəddə qeyd olunur.

Bildirilir ki, ATƏT DTİHB-nin bu qərarı struktur mandatına xələl gətirir.

Bununla belə, daimi nümayəndəlikdə vurğulayıblar ki, ATƏT DTİHB-in müşahidə missiyasının 1 noyabr seçkilərini izləyib izləməməsindən asılı olmayaraq Azərbaycan xalqı öz iradəsini şəffaf və açıq şəkildə ortaya qoyacaq.

Qeyd edək ki, ATƏT DTİHB-nin direktoru Maykl Corc Link bu gün bildirib ki, onun rəhbərlik etdiyi struktur Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidə missiyasını Bakıya göndərməkdən imtina edir.

Son xəbərlər

Orphus sistemi