Yuxarı
    Bağlamaq

    Azərbaycanın Almaniyadakı səfiri Aİ komissarı Qünter Öttinqerlə görüşüb

    Görüşdə ikitərəfli əməkdaşlığın hazırkı durumu və gələcək perspektivləri müzakirə olunub

    Bakı. 21 fevral. REPORT.AZ/ Fevralın 20-də Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Qünter Öttinqer ilə görüşüb.

    Diplomatik nümayəndəlikdən "Report"a verilən məlumata görə, səfirlikdə baş tutan görüş zamanı Azərbaycan və Avropa İttifaqının qurumları, eləcə də Azərbaycan və Almaniya arasındakı ikitərəfli əməkdaşlığın hazırkı durumu və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

    Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü hər iki tərəfdən məmnunluqla qeyd edilib. Eyni zamanda Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi məsələsinə toxunulub və ölkəmizdə hökm sürən multikultural həyat tərzi və tolerantlıq mühiti xüsusi vurğulanıb.

    Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti, "Cənubi Qaz Dəhlizi"nin Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü çərçivəsində ölkəmiz tərəfindən müvafiq fəaliyyətlərin icrası, rəqəmsal iqtisadiyyat və bu sahədə həyata keçirilə biləcək birgə layihələr müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi