Yuxarı
    Bağlamaq

    Azərbaycanın ABŞ-dakı səfirliyinə amerikalı konqresmenin ifadələrini aydınlaşdırmaq tapşırığı verilib

    XİN başçısı: Bizim diplomatik nümayəndəliyimiz Konqres və Ağ Evlə işləyir

    Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanın ABŞ-dakı səfirliyinə amerikalı konqresmen Adam Şiffin ifadələrini aydınlaşdırmaq tapşırığı verilib.

    "Report" xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.

    "Bizim diplomatik nümayəndəliyimiz Konqres və Ağ Evlə işləyir. Bu işin nəticələrinə görə daha ətraflı məlumat veriləcək", - deyə E.Məmmədyarov bildirib.

    Xatırladaq ki, bundan əvvəl amerikalı konqresmen Adam Şiff "Horizon Life" verilişində Ermənistanın "Asbarez" qəzetinin redaktoru Ara Xaçatryana müsahibəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın AŞPA-da Dağlıq Qarabağ üzrə qətnamənin qəbul edilməməsində xüsusi rol oynadığını bildirmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi