Azərbaycanın 50 vətəndaşı Estoniyanın elektron rezidentlik xidmətindən istifadə edib

Azərbaycanın 50 vətəndaşı Estoniyanın elektron rezidentlik xidmətindən istifadə edib İndrek Kiverik: "Azərbaycandan olan istifadəçilərin sayı ildən-ilə artır"
Xarici siyasət
10 Yanvar , 2017 14:55
Azərbaycanın 50 vətəndaşı Estoniyanın elektron rezidentlik xidmətindən istifadə edib

Bakı. 10 yanvar. REPORT.AZ/ Estoniyada elektron rezidentlik sisteminin (e-residence) tətbiqindən bu yana təqribən 50 Azərbaycan vətəndaşı bu xidmətdən istifadə edib.

Bu barədə "Report"a Estoniyanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İndrek Kiverik məlumat verib.

Onun sözlərinə görə, Azərbaycandan olan belə istifadəçilərin sayı ildən-ilə artır.

Qeyd edək ki, e-residence sistemi Estoniyada 2014-cü il dekabrın 1-dən tətbiq edilir. Sistem xüsusi elektron rezident lisenziyası olan xarici vətəndaşlara Estoniyada şirkət yaratmaq, ölkədə olmadan bank xidmətlərindən istifadə etmək, digər maliyyə əməliyyatları həyata keçirmək, müqavilələr bağlamaq və ya onları pozmaq imkanı verir. Amma bu xidmət tam vətəndaşlıq hüququ vermir.

Son xəbərlər

Orphus sistemi