Yuxarı

PKK terrorçularının avtobusa basqını ilə əlaqədar Azərbaycanın 4 vətəndaşı Qarsdakı baş konsulluğa müraciət edib

Onlar avtobusda qalan sənədlərinin alınmasına köməklik göstərilməsini istəyiblər

Bakı. 3 avqust. REPORT.AZ/ Türkiyənin İğdır vilayətində PKK terrorçularının avtobusa basqını ilə bağlı Azərbaycanın Qarsdakı baş konsulluğunda yaradılan "qaynar xətt"ə 4 nəfər Azərbaycan vətəndaşı müraciət edib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq baş konsulluqdan bildirilib.

Vətəndaşlar avtobusda qalan sənədlərinin alınmasına köməklik göstərilməsini xahiş ediblər. Baş konsulluqdan bildirilib ki, Azərbaycan vətəndaşlarına yardım göstərildikdən sonra onlar avtobusla Naxçıvana göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi