Azərbaycanın Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasında nümayəndəsi müəyyənləşib

Azərbaycanın Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasında nümayəndəsi müəyyənləşib Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE) Komitəsində Azərbaycan Vəkillər Kollegiyasını təmsil edəcək nümayəndə müəyyənləşib.
Xarici siyasət
25 May , 2022 12:33
Azərbaycanın Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasında nümayəndəsi müəyyənləşib

Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) Komitəsində Azərbaycan Vəkillər Kollegiyasını təmsil edəcək nümayəndə müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Qərara əsasən, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Usub Azərbaycanın təmsilçisi seçilib.

O, bu ilin iyun ayında Bolqarıstanda keçiriləcək PECO-nun iclasında nümayəndə kimi təqdim olunacaq. Bu da yığıncaqda Azərbaycanın ilk iştirakı olacaq.

Son xəbərlər

Orphus sistemi