Yuxarı

Azərbaycanı Avropa Məhkəməsində təmsil edən ​hakim vəzifəsinə irəli sürülən namizədlər açıqlanıb - FOTO

Hökumət ölkəni təmsil edəcək hakim vəzifəsinə üç namizəd irəli sürüb

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsində (AİHM) təmsil edən hakim vəzifəsinə irəli sürülən namizədlərin adları açıqlanıb. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan hökuməti ölkəni təmsil edəcək hakim vəzifəsinə üç namizəd irəli sürüb. 

Namizədlər Aygun Abdullayeva, Vüsalə Baxışova və Çingiz Əsgərovdur. 

1967-ci il təvəllüdlü Aygun Abdullayeva Bakı Apellyasiya Məhkəməsinin hakimidir. 

1979-cu ildə anadan olan Vüsalə Baxışova 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimidir. 

1973-cü il təvəllüdlü Çingiz Əsgərov Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri və 2003-cü ildən Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsində daimi nümayəndəsidir.  

Azərbaycanın Avropa Məhkəməsindəki hazırkı hakimi Xanlar Hacıyevin səlahiyyət müddəti 2015-ci ilin oktyabr ayının 31-da başa çatır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi