Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb "Gözəl Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım partiyası - ümumi dəyəri 360 min ABŞ dollar olan 13 ton dərman və tibbi ləvazimatın çatdırılması çox simvolikdir".
Xarici siyasət
20 Mart , 2023 18:06
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb

"Gözəl Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım partiyası - ümumi dəyəri 360 min ABŞ dollar olan 13 ton dərman və tibbi ləvazimatın çatdırılması çox simvolikdir".

"Report" xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk hesabında yazıb.

"Biz azərbaycanlı dostlarımıza Rusiyanın silahlı təcavüzünə qəhrəmancasına müqavimət göstərən Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirdiklərinə görə ürəkdən minnətdarıq", - Kanevski qeyd edib.

Son xəbərlər

Orphus sistemi