Azərbaycandan Türkiyəyə göndərilən yanğınsöndürənlərin sayı açıqlanıb

Azərbaycandan Türkiyəyə göndərilən yanğınsöndürənlərin sayı açıqlanıb "Orada da əməkdaşlarimız böyük ruh yüksəkliyi ilə yanğınların söndürülməsində fəal iştirak edirlər".
Xarici siyasət
678
5 Avqust , 2021 11:23
Azərbaycandan Türkiyəyə göndərilən yanğınsöndürənlərin sayı açıqlanıb

"Cənab Prezidentin tapşırığına uyğun olaraq, bir neçə gündür ki, Fövqəladə Hallar Nazirliyinin iki qrupdan ibarət şəxsi heyəti və yanğın texnikası Türkiyədə mürəkkəb şəraitdə baş versn yanğınların söndürülməsi işlərinə cəlb edilib.
Ölkə başçısının tapşırığının davamı olaraq bu gün 40 yanğın texnikası və 160 nəfər şəxsi heyətdən ibarət üçüncü qrup qardaş ölkəyə yola düşür".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

Onun sözlərinə görə, yanğınların söndürülməsinə Azərbaycandan ümumilikdə 500 nəfərə yaxın şəxsi heyət göndərilib.
"Bundan başqa 1 ədəd helikopter də yanğın baş verən ərazilərdə fəaliyyətini davam etdirir. Həmçinin 100 yanğınsöndürən maşınlarımız orada yanğınların söndürülməsi işlərinə cəlb edilib. Əməkdaşlarımızın meşə yanğınlarının söndürülməsi ilə bağlı kifayət qədər təcrübəsi var. Orada da əməkdaşlarimız böyük ruh yüksəkliyi ilə yanğınların söndürülməsində fəal iştirak edirlər".

Son xəbərlər

Orphus sistemi