Yuxarı

​Azərbaycandan olan dağ yəhudisi Almaniyada deputat seçilib

Emanuel Adinayev əslən Qubanın Qırmızı qəsəbəsindəndir

Bakı. 25 dekabr. REPORT.AZ/ Dekabrın 20-də Almaniyanın paytaxtı Berlin şəhərinin yəhudi icması parlamentinə seçkilər keçirilib.

"Report" xəbər verir ki, seçkilərin nəticələrinə görə, dağ yəhudisi və Almaniyanın "Dağ yəhudiləri" icmasının nümayəndəsi, 23 yaşlı tələbə Emanuel Adinayev KOAX partiyasından uğurla deputat seçilib.

Bundan əlavə, icma üzvlərinin məlumatına görə, KOAX partiyası səs çoxluğu əldə edib və parlamentdə mövcud olan 21 yerdən 13-nü tutub.

Qeyd edək ki, gələcəyin kimyaçı və fiziki olan Emanuel Adinayev Berlində, Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsindən (Yəhudi qəsəbəsi) olan ailədə doğulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi