Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri və xanımlarının Şəki və Qaxa səfəri başlayıb

Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri və xanımlarının Şəki və Qaxa səfəri başlayıb Səfəri Azərbaycan Respublikası Prezidenti Administrasiyası və XİN təşkil edib
Xarici siyasət
20 Fevral , 2017 16:02
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri və xanımlarının Şəki və Qaxa səfəri başlayıb

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərlərinin və onların xanımlarının Şəki və Qax rayonlarına tanışlıq səfəri təşkil olunub.

Bu barədə “Report”a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, səfəri Azərbaycan Respublikası Prezidenti Administrasiyası və XİN təşkil edib.

Səfər çərçivəsində diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımları Şəki və Qax rayonlarının tarixi yerlərini, mədəniyyət abidələrini ziyarət edəcək, yerli adət-ənənələr, sənətkarlıq nümunələri və regionun turizm imkanları ilə tanış olacaqlar.

Səfər fevralın 21-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi