Azərbaycanda yaşayan Türkiyə vətəndaşları seçkilərlə əlaqədar iyunun 17-də səs verəcəklər

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları seçkilərlə əlaqədar iyunun 17-də səs verəcəklər Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 24-də bu ölkədə keçiriləcək növbədənkənar ümumi seçkilərlə əlaqədar iyunun 17-də səs verəcəklər.
Xarici siyasət
1994
25 May , 2018 10:47
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları seçkilərlə əlaqədar iyunun 17-də səs verəcəklər
0 : 00
0 : 00

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 24-də bu ölkədə keçiriləcək növbədənkənar ümumi seçkilərlə əlaqədar iyunun 17-də səs verəcəklər.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu ölkənin vətəndaşları Türkiyənin Azərbaycandakı səfirliyində, eləcə də Gəncə və Naxçıvandakı baş konsulluqda səs verəcəklər.

Qeyd edək ki, iyunun 24-də keçiriləcək növbədənkənar ümumi seçkilər çərçivəsində xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi Türkiyənin diplomatik missiyalarında iyunun 7-dən başlayacaq. Türkiyə vətəndaşlarının səsverməsi dünyanın 60 ölkəsindəki 123 nümayəndəlikdə iyunun 19-dək davam edəcək.

İyunun 17-də Azərbaycandan başqa, Türkiyə vətəndaşları Küveyt, Moldova, Sinqapur, Tailand, İran, İraq, İrlandiya, İspaniya, Misir, Malta, Özbəkistan, Serbiya, Çexiya, Macarıstan, Polşa, Cənubi Afrikada səs verəcəklər.

Son xəbərlər

Orphus sistemi