Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanda yaşayan Türkiyə vətəndaşları növbədənkənar parlament seçkilərində səs verib.
Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata istinadən xəbər verir ki, səs hüququna malik 6 311 vətəndaşdan 2 784 nəfəri səs verib. Səsvermədə iştirak 44% təşkil edib.
Qeyd edək ki, Türkiyədə növbədənkənar parlament seçkiləri noyabrın 1-də keçiriləcək, lakin bir sıra xarici dövlətdə bu ölkənin vətəndaşları vaxtından əvvəl səs verib.