Yuxarı

​Azərbaycanda yaşayan Türkiyə vətəndaşları parlament seçkilərində səs verə biləcəklər

Səfirlik Türkiyə vətəndaşlarını bazar gününə keçən gecə saatların bir saat geri çəkiləcəyini nəzərə almalarını xahiş edir

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanda yaşayan Türkiyə vətəndaşları parlament seçkilərində səs verə biləcəklər.

"Report" Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, Türkiyə vətəndaşları oktyabrın 25-də saat 10-dan 19-dək səfirlikdə səs verə bilərlər.

Bundan əlavə, səfirlik Türkiyə vətəndaşlarını bazar gününə keçən gecə saatların bir saat geri çəkiləcəyini nəzərə almalarını xahiş edir.

Qeyd edək ki, Türkiyə iyun ayında keçirilən seçkilərdən sonra koalisiya hökuməti formalaşdıra bilmədiyindən, noyabrın 1-də təkrar seçkilərin keçirilməsinə qərar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi