Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasında daimi yaşayan Rusiya Federasiyası vətəndaşları sentyabrın 18-də Dövlət Dumasına keçirilən seçkilərdə səs verəcəklər.
"Report" Rusiya səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səsvermə ilə əlaqədar Bakı şəhəri, Bakıxanov küçəsi, 17 ünvanında (Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin binası) 8017 saylı seçki məntəqəsi açılacaq.
Seçki məntəqəsi yerli vaxtla 08:00-dan 20:00-dək açıq olacaq.
Qeyd edək ki, bu il sentyabrın 18-də Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına yeddinci çağırış seçkilər baş tutacaq. Seçkilər partiya və birmandatlı siyahılar üzrə keçiriləcək.