Bakı. 14 noyabr. REPORT.AZ/ Bolqarıstanın Azərbaycandakı səfirliyində açılmış seçki məntəqəsində bu ölkənin təxminən 30 vətəndaşı prezident seçkisinin ikinci mərhələsinini səsverməsinə qatılaraq səs verib.
Bolqarıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Bolqarıstan vətəndaşlarının əksəriyyəti müstəqil namizəd Rumen Radevə səs verib.
Səfirlikdən bildiriblər ki, seçki ümumilikdə sakit ab-havada keçirilib.
Qeyd edək ki, Bolqarıstanda keçirilmiş prezident seçkisində elə Rumen Radev qələbə qazanıb. Rusiya ilə yaxınlığa meyl edən R.Radev səslərin 59,35%-ni toplayıb. Onun hakim QERB partiyasından olan rəqibi Tsetska Tsaçev 36,17% səs toplayıb. Digər 4,5% seçici isə hər iki namizədin əleyhinə səs verib.