Azərbaycanda Türkiyə keçiriləcək parlament seçkiləri üçün səsvermə şəraiti yaradılıb

Azərbaycanda Türkiyə keçiriləcək parlament seçkiləri üçün səsvermə şəraiti yaradılıb Azərbaycanda seçici hüququ olan 6 558 nəfər Türkiyə vətəndaşı yaşayır
Xarici siyasət
27 May , 2015 18:23
Azərbaycanda Türkiyə keçiriləcək parlament seçkiləri üçün səsvermə şəraiti yaradılıb

Bakı. 27 may. REPORT.AZ/ Türkiyədə iyunun 7-də keçiriləcək parlament seçkilərində Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səs verməsi üçün şərait yaradılıb. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə vətəndaşları səfirlikdə, Gəncə və Naxçıvan konsulluqlarında səs verə biləcəklər. Səs vermək istəyən seçicilər harda səs verməli olduğu ilə bağlı ətarflı məlumatları www.ysk.gov.tr internet səhifəsindən əldə edə bilərlər. 

Səfirliyin yaydığı məlumatda o da qeyd olunub ki, Azərbaycanda seçici hüququ olan 6 558 nəfər Türkiyə vətəndaşı yaşayır. Bu seçicilərdən 5 916 nəfəri Bakıda, 340 nəfəri Gəncədə və 302 nəfəri Naxçıvan baş konsulluğunda qeydiyyatdadırlar. Səfirlikdə 5, Gəncə və Naxçıvanda isə Türkiyə vətəndaşlarının səs verməsi üçün 1 seçki qutusu qoyulacaq. Səsvermədə iştirak edə bilməyən seçicilər 8 may və 7 iyun tarixlərində Karayolu Hava Limanı və Liman gömrük keçidlərində səs verə biləcəklər.

Son xəbərlər

Orphus sistemi