Yuxarı

​Azərbaycandan siyasi sığınacaq istəyən Vaan Martirosyan: "Ermənistanda mənə təzyiq göstərilirdi" - FOTO

Mənim məqsədim Serj Sarqsyanın qeyri-qanuni və cinayətkar siyasətini dünya ictimaiyyətinə və erməni diasporuna çatdırmaqdır

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Mən Ermənistanı Azərbaycan QHT-lərindəki dostlarımın sayəsində tərk edə bildim. İctimai-siyasi fəaliyyətimlə bağlı mənə göstərilən təzyiqlərə görə bunu etmək məcburiyyətində qaldım". "Report" xəbər verir ki, bunu Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycandan siyasi sığınacaq istəyən Ermənistanın "Milli Azadlıq Hərəkatı" ictimai-siyasi təşkilatının rəhbəri Vaan Martirosyan bildirib.

O qeyd edib ki, Sarqsyanın korrupsiyaya uğramış rejiminə qarşı barışmaz mübarizə onun həyat yoldaşı və iki yaşlı oğlunun gözü qarşısında qəddarcasına döyülməsilə nəticələndi.

V.Martirosyan deyib ki, ona Ermənistanda fəaliyyətini dayandırmaq üçün rüşvət təklif olunub və anasına təzyiqlər göstərilib.

Onun sözlərinə görə, bu səbəbdən ailəsinin təhlükəsizliyini təmin etmək üçün Ermənistanı tərk etmək qərarına gəlib.

"Mənim məqsədim Azərbaycan KİV-ləri vasitəsilə qondarma Qarabağ münaqişəsini ortaya atmaqla, hakimiyyətdə qalan Serj Sarqsyanın apardığı qeyri-qanuni və Ermənistan iqtisadiyyatını məhv etməyə yönələn cinayətkar siyasətini dünya ictimaiyyətinə və erməni diasporuna çatdırmaqdır", - V.Martirosyan bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi