Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının VIII görüşü keçiriləcək

Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının VIII görüşü keçiriləcək "Bu il Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının VIII görüşünün keçirilməsi də planlaşdırılır".
Xarici siyasət
29 İyun , 2022 18:33
Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının VIII görüşü keçiriləcək

"Bu il Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının VIII görüşünün keçirilməsi də planlaşdırılır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir: "Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub".

Son xəbərlər

Orphus sistemi