Yuxarı

Azərbaycanda Rusiya Dumasına seçkilərə səsvermənin nəticələri açıqlanıb - SİYAHI

Səfirlik: Dumaya seçkilər mütəşəkkil şəkildə keçirilib, heç bir şikayət daxil olmayıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirliyində Dumaya seçkilərlə bağlı keçirilmiş səsvermədə 487 nəfər iştirak edib.

Səfirlikdən "Report"a verilən məlumaya görə, seçkilər mütəşəkkil şəkildə keçirilib, heç bir şikayət daxil olmayıb.

Seçkilərin yekununda partiya siyahısı üzrə səslər aşağıdakı şəkildə bölünüb:

"Vahid Rusiya" Partiyası - 283 səs (60%), Kommunist Partiyası - 58 (12%), Liberal Demokrat Partiyası - 40 (8,4%), "Yabloko" Partiyası - 28 (5,9%), Vətən Partiyası - 12 (2,5%), Rusiya Kommunistləri Partiyası - 9 (2%), Ədalət Uğrunda Təqaüdçülərin Rusiya Partiyası - 10 (2%), Xalq Azadlığı Partiyası" (PARNAS) - 8 (1,7%), "Artım" Partiyası" - 8 (1,7%), "Ədalətli Rusiya" Partiyası - 8 (1,7%), Yaşıllar Partiyası - 6 (1,3%), "Vətəndaş gücü" Partiyası - 2 (0,4%), Vətəndaş Platforması Partiyası - 1 (0,2%), Rusiyanın Vətənpərvərləri Partiyası - 1 (0,2%).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi