Səfir: "Bu il Azərbaycanda Qazaxıstan Mədəniyyət və Kino günlərinin keçirilməsi planlaşdırılır"

Səfir: "Bu il Azərbaycanda Qazaxıstan Mədəniyyət və Kino günlərinin keçirilməsi planlaşdırılır" "Qazaxıstanla Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlıq dinamik şəkildə inkişaf edir"
Xarici siyasət
4 Aprel , 2019 13:04
Səfir: Bu il Azərbaycanda Qazaxıstan Mədəniyyət və Kino günlərinin keçirilməsi planlaşdırılır

"Qazaxıstanla Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlıq dinamik şəkildə inkişaf edir və ikitərəfli əlaqələrdə xüsusi yer tutur. Əlbəttə ki, burada mühüm amil xalqlarımızı ortaq türk kökləri, ortaq tarix, mədəniyyət və adət-ənənələrin birləşdirməsidir. Biz qardaş xalqıq".

Bunu "Report"a müsahibəsində Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.

"Qarşılıqlı şəkildə Mədəniyyət Günlərinin keçirilməsi iki ölkə arasındakı mədəni əlaqələrdə əhəmiyyətli hadisə olmalıdır. Azərbaycanda Qazaxıstan Mədəniyyət Günlərinin keçirilməsi bu ilə planlaşdırılır. Hazırda məsələ fəal işlənmə mərhələsindədir. Biz də öz növbəmizdə Qazaxıstanda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsini gözləyirik", - səfir bildirib.

Onun sözlərinə görə, Bakıda aprelin 10-da keçiriləcək Qazaxıstan Mədəniyyət Günləri ərəfəsində Qazaxıstanın məşhur "Mezzo" musiqi qrupunun konserti baş tutacaq: "Qazaxıstandakı "X Factor" layihəsinin qalibi olan istedadlı gənc solistlər ilk dəfə Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində çıxış edəcək və Azərbaycan publikası üçün dünyanın məşhur müğənnilərinin repertuarından mahnılar ifa edəcəklər. Azərbaycan bu qrupun çıxış edəcəyi 5-ci xarici ölkə olacaq. Bundan əvvəl onlar ABŞ, Böyük Britaniya, Misir və Ukraynada qastrollarda olublar. Konsert Qazaxıstan səfirliyi və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunur".

Həmçinin səfir qeyd edib ki, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin "Gələcəyə baxış: ictimai şüurun modernləşdirilməsi" və "Böyük çölün yeddi hüdudu" proqram məqalələri çərçivəsində aprelin ikinci yarısında Qazaxıstanının elmi ekspedisiyasının Azərbaycana səfəri gözlənilir. Ekspedisiyanın proqramına Azərbaycanın elmi ziyalılarının nümayəndələri ilə görüşlər, Naxçıvan, Beyləqan, Bərdə və Gəncə kimi tarixi şəhərlərə səfərlər daxildir.

"İlin ortalarında Bakıda Qazaxıstan Kinosu Günləri təşkil etməyi və Azərbaycan tamaşaçısını müasir Qazaxıstan filmləri və Qazaxıstanın film sənayesinin inkişaf tendensiyaları il tanış etməyi planlaşdırırıq. Bildiyiniz kimi, son illərdə səfirlik Qazaxıstan dövlətçiliyi formalaşmasının mühüm tarixi dövrlərinə və tarixi şəxsiyyətlərə, habelə tanınmış elm, ədəbiyyat və mədəniyyət nümayəndələrinə həsr olunmuş kitabların Azərbaycan dilində nəşrini həyata keçirir", - səfir vurğulayıb.

B.İsabayevin fikrincə, keçirilmiş və keçirilməsi planlaşdırılan birgə tədbirlərin sayı qardaş ölkələrimiz arasındakı qarşılıqlı əlaqələrin yüksək səviyyəsini göstərir: "Hesab edirəm ki, müsbət dinamikanı saxlamalıyıq və bu məsələyə lazımi diqqət ayırmalıyıq. Mədəni-humanitar sahədə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün kifayət qədər potensialımız var".

Son xəbərlər

Orphus sistemi