Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün ATƏT-in Daimi Şurasının iclasında Azərbaycanda və Monteneqroda keçirilmiş seçkilər müzakirə olunacaq.
"Report" xəbər verir ki, bu barədə Fransanın ATƏT-dəki səfiri Veronik Roje-Lakan bildirib.
Bugünkü iclasın gündəliyində həmçinin ATƏT DTİHB-nin seçkiləri müşahidə metodologiyası, Ukraynadakı böhran və Rusiyaya aid məsələlər də yer alıb.
Daimi Şura Nazirlər Şurasının iclasları arasında müntəzəm siyasi məsləhətləşmələr keçirmək və ATƏT-in operativ fəaliyyəti üçün direktiv orqandır. Daimi Şuranın iclasları həftədə bir dəfə Vyanada keçirilir.