Bakı. 28 dekabr. REPORT.AZ/ Bu il ərzində Azərbaycanda Peru və Kosta-Rikanın səfirlikləri açılıb.
"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 Baş Konsulluq fəaliyyət göstərir.
H.Hacıyev qeyd edib ki, il ərzində Azərbaycanın Avstriya, Sudan və Cibutiyə Fəxri konsulları, Efiopiyanın isə Azərbaycana Fəxri konsulu təyin olunub.