Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinə üzv seçilib

Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinə üzv seçilib Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib.
Xarici siyasət
6 İyun , 2018 15:43
Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinə üzv seçilib

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov bildirib.

Azərbaycan bu postu 2018-2022-ci illərdə tutacaq.

A.Kərimov Azərbaycanın namizədliyini dəstəkləyən bütün ölkələrə minnətdarlığını bildirib.

Qeyd edək ki, Komitəyə Azərbaycanla birlikdə Hollandiya, Polşa, Yamayka, Çin, Yaponiya, Qazaxıstan, Şri-Lanka, Kamerun, Cibuti, Toqo və Küveyt seçilib.

Son xəbərlər

Orphus sistemi