Azərbaycan XİN Türkiyədə törədilən terror aktını pisləyib

Azərbaycan XİN Türkiyədə törədilən terror aktını pisləyib Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Bursa şəhərində törədilən terror aktını pisləyib.
Xarici siyasət
20 Aprel , 2022 15:56
Azərbaycan XİN Türkiyədə törədilən terror aktını pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Bursa şəhərində törədilən terror aktını pisləyib.

"Report" xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində bildirilib.

"Qardaş Türkiyənin Bursa vilayətində baş verən terror hücumu nəticəsində həyatını itirən məmurun ailəsinə və yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan terrorun bütün forma və təzahürlərini qətiyyətlə qınayır", - paylaşımda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi